Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Foto
Sosial 248

"Nərgiz" klinikasının təşəbbüsü ilə Bakıda I Beynəlxalq Parazitologiya Konfransı keçirilib.

BAKU.WS xəbər verir ki, tədbir Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Konfransda Parazitar xəstəliklərə qarşı mübarisə üsulları müzakirə olunub.

Tədbirdə "Nərgiz" klinikasının direktoru Məlahət Qəhrəmanova çıxış edib:

"Biz çalışırıq ki, parazitar xəstəliklərin hər tərəfli həm elmi praktik olaraq biz bunu geniş tətbiq edək. çünki uzun illərdir bu haqda yəni informasiya son illərdə az olub. Amma ÜST-ün dediyinə görə bugün dünyada bu xəstəlik çox yayqındır. Miqrasiyaların rolu var insanların daha çox qida rasionunda gigiyenik qaydalarda hər birində bunun rolu var".

Elmi konfransda yerli və xarici mütəxəssislər fikir mübadiləsi aparıb. iştirakçılar həkim mütəxəssislərin təcrübələrindən yararlanaraq klinik təcrübədə tətbiq edə biləcəkləri yeni metodlar öyrənmək imkanı qazanıb.

Son xəbərlər