Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133%-ni təşkil edir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...