Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının və 50-yə yaxın Avropa ölkəsinin təmsilçiləri iştirak edirlər.
İki ildən bir təşkil olunan assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçirilir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb: "Atıcılıq Azərbaycanda məşhur idman növlərindən biridir. Əminəm ki, bugünkü mərasimdə atıcılıqla bağlı yalnız müsbət qərarlar veriləcək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...