Bakıda anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:
“Körpənin vəziyyəti kafidir, göbəyi düşmək üzrədir, qidalanması normaldır, sarılığı gedib. Təkrar analizlər götürülüb, nəticələri yoxlanılır”.
Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.
Oxşar xəbərlər
Anası tərəfindən zibilliyə atılan 10-15 günlük körpənin vəziyyəti AÇIQLANDI - VİDEO
Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb. TƏBİB-dən verilən məlumata görə, körpənin müalicəsi 1 saylı Körpələr Evinin göndərişi əsasın...