Bakıda ağacları kəsiblər? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Gəncə prospekti 30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəisi Hikmət Əlizadə BAKU.WS-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 17 ədəd müxtəlif cinsli ağacın olduğu və ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
“Aparılan araşdırma zamanı Xətai rayonu, Gəncə prospekti 30 ünvanında qeyri-yaşayış binasının tikintisi məqsədilə 0,32 hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Qaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi məlum olub”.
H.Əlizadənin sözlərinə görə ərazidəki ağacların qorunub mühafizə olunması üçün MMC-yə göstəriş verilib.
Oxşar xəbərlər
Ağacları kəsən şəxsləri döysünlər - DEPUTATDAN AÇIQLAMA
Bakıda və ətraf rayonlarda zaman-zaman ağacların məhv edilməsi faktlarına rast gəlinib. Belə hallar baş verərkən ağacları kəsən fiziki və hüquqi şəxslər ən yaxş...