Bakıda istilik sistemləri ilə evini qızdıran şəxslərə ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işlərinə başlanılıb.
Bu barədə BAKU.WS-ə "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Məlumata görə, bunlar Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səabil rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı qazanxanalardır.
Layihə çərçivəsində bu qazanxanaların tam olaraq sökülməsi, layihəyə uyğun olaraq yeni binaların tikilməsi və ən müasir avadanlıqlar quraşdırılmaqla modernləşdiriməsi işləri icra ediləcəkdir. Yeni qazanxanaların 15 noyabr istilik mövsümünə istismara verilməsi nəzərdə tutulur.
Modernləşdirilən qazanxanaların quraşdırılan ümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verəcək.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...