Bakıda 40 marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda 40 marşrut xəttinin hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, bunlar E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli marşrut xətləridir.Dəyişikliyə səbəb 8 Noyabr - Zəfər Günü ilə əlaqədar saat 09:00-dan 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsidir.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...