Bakıda 4 məktəbə yeni direktor təyin olunub, 1 727 müəllim işə qəbul edilib

Bakıda 4 məktəbə yeni direktor təyin olunub, 1 727 müəllim işə qəbul edilib
Sosial 7

2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə məktəblərdə 1 227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər