Bakıda 2 qəza olub, yollarda sıxlıq yaranıb - FOTO

Bakıda 2 qəza olub, yollarda sıxlıq yaranıb - FOTO
Sosial 14

Bakıda 2 qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaşanır.

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində baş verib. Yol-nəqliyyat hadisəsi səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.

"Yol polisi əməkdaşları hadisə yerindədirlər və hər iki yolda sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür", - məlumatda qeyd olunub.

Bakıda 2 qəza olub, yollarda sıxlıq yaranıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər