Bakıda 15 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakının R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “Amor” şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə (C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.
Oxşar xəbərlər
206 avtobus tıxacda qalıb
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 82 müntəzəm marşrut xətti üzrə 206 avtobusun hərəkət intervalında gecikmələr var...