Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü - FOTO
Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin yaxınlığından keçən hissəsində yol çöküb.
Bakupost.az-ın xəbərinə görə, çöküntü bir aya yaxındır baş verib.
Sürücülər deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:
"Yolda böyük dəlik yaranmışdı. Oranı daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yoldan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir".
Oxşar xəbərlər
Bərdə-Ağdam avtomobil yolunun yeni görüntüləri - FOTO
Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə...