Bakı-Sumqayıt yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA
Sosial 868

Axşam saatlarından Abşeron yarımadasına yağan yağış bəzi yollarda sıxlıq yaradıb. Vətəndaşlar redaksiyaya müraciət edərək bildiriblər ki, Bakı-Sumqayıt yolu paytaxt istiqamətində böyük tıxac yaranıb və avtomobillərin hərəkəti dayanıb.

BAKU.WS qafqazinfo-ia istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Rüfət Quliyev açıqlamasında bildirib ki, ərazilərdə və yollarda quraşdırılmış xüsusi texnika vasitəsilə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində olan hissəsinə baxış keçirilib: “Saat 09:40 radələrində həmin ərazidə nəqliyyat vasitələrinin saytında artım müşahidə olunur. Hərəkət zolaqlar üzrə sıxlıq təşkil etsə də, böyük bir tıxac yoxdur, hər iki istiqamətdə fasiləsiz hərəkət var. Qeyd olunan ərazidə nəqliyyat vasitələrinin normal hərəkəti üçün bütün şəraitlər yaradılıb.Sürücülərə müraciət edirik ki, bir qədər səbrli olsunlar, qaydalara riayət etsinlər. Hərəkətin tənzimlənməsi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları da lazımi tədbirlər həyata keçirirlər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SON DƏQİQƏ: Bu yollarda tıxac var - SİYAHI

SON DƏQİQƏ: Bu yollarda tıxac var - SİYAHI

Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentl...

1259 Sosial 19:26 19 fevral 2019

Son xəbərlər