Bakı-Sumqayıt yolundakı avtobus zolağı ilə bağlı söz-söhbət səngimir

Bakı-Sumqayıt yolundakı avtobus zolağı ilə bağlı söz-söhbət səngimir
Video
Sosial 85

Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı fərqli reaksiyalara səbəb olub.

Sürücülər zolağın tətbiqindən narazı qaldıqları halda, sərnişinlər bu yeniliyi müsbət qiymətləndirirlər.

Sürücülərin sözlərinə görə, zolaq onların hərəkətini çətinləşdirib və yolda ciddi tıxaclar yaranıb.

"45 dəqiqədən çoxdur ki, hərəkət edə bilmirik. İşləyə bilmirik, qazandığımızı cərimələrə veririk", - sürücülərdən biri narazılığını bildirib.

Sərnişinlər isə avtobusların hərəkətinin sürətlənməsindən razıdırlar.

"Belə çox rahatdır. Əvvəllər Sumqayıta 2 saata gedirdik, indi isə yarım saata çatırıq", - sakin qeyd edib.

Sürücülərin sözlərinə görə, sözügedən yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonra vəziyyət daha da xaotik hal alıb.

Sürücülər həmçinin onu da bildiriblər ki, burada avtobus zolağına ehtiyac yox idi. Çünki avtobusların əksəriyyəti Biləcəri dairəsindən keçməklə hərəkətini davam etdirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda ərazidə monitorinqlər aparılır. Qarşıdakı günlərdə isə həmin xətt üzrə avtobusların sayı da artırılacaq.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər