Bakı-Sumqayıt qatarlarının sayı artırılır - YENİ QRAFİK
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.
BAKU.WS bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu addım sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.
O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.
Qalereya
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ - YENİLƏNİB
Həftəsonu Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarların hərəkət cədvəli açıqlanıb. Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildi...