Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdiriləcək

13
sen
2019
09:25
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.Məlumatda həmçinin deyilir ki, bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.Eyni zamanda sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik ediləcək.Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq.Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, I növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Oxşar xəbərlər
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. BAKU.WS xəbər verir ki, bu barədə...
