Bakı-Sumqayıt qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Gələn ildən...

Bakı-Sumqayıt qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Gələn ildən...
Sosial 895

Gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün 10 əlavə qatar alınacaq.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov məlumat verib.

R.Rüstəmov qeyd edib ki, Bakı-Sumqayıt marşrutu gündə 20-25 min sərnişin daşımaq potensialına malikdir:

“Bu marşrut üçün daha 10 sürətli qatarın alınması planlaşdırılır. Bu günə qədər bu məsələ ilə bağlı razılıq əldə olunub və ilk qatarlar 2023-cü ilin sonuna kimi Azərbaycana gələcək”.

Son xəbərlər