Bakı-Sumqayıt qatarında problem
14
mar
2022
15:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Pirşağı-Sumqayıt qatarında problem yaranıb.
Bu barədə hadisə yerində olan BAKU.WS-in əməkdaşı bildirib.
Onun sözlərinə görə, sistemdə problem yaranıb. Nəticədə sərnişinlər turniketdən keçə bilməyiblər. Bundan əlavə, sərnişinlər karta pul yükləyə bilmədikləri üçün çarəsiz qalıblar.
Problem həll olunana qədər sərnişinlər kartı vurmadan turniketdən kənar keçməli olublar.
Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılandan sonra ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...