Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edib
04
sen
2019
09:31
Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir.İcra hakimiyyətindən BAKU.WS-ə verilən xəbərə görə, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur.Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalamışdır. Bildirilmişdir ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirmiş, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülmüşdür.Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.Qeyd etmək lazımdir ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.
Oxşar xəbərlər
Bakı meriyası hərəkətə keçdi - Köşklər və iaşə obyektləri yoxlanılır – FOTO
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə la...