İcra Hakimiyyətindən YENİ QADAĞA - Bakıda peyk antenaları söküləcək
04
sen
2018
16:34
Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq. BAKU.WS-in Sputnik Azərbaycana istinadla verdiyi məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib. Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı tapşırıq verilib. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, icra hakimiyyətinin bu tələbləri hələlik yalnız tövsiyə xarakteri daşıyır. Peyk antenadan istifadədən imtina etmək üçün yalnız məhkəmə qərarı olmalıdır. BAKU.WS
Oxşar xəbərlər
Eldar Əzizov Gəncə və Sumqayıt ənənəsini paytaxta gətirdi - Bakıda zivə reydi
Bakı şəhərində binaların eyvanlarında quraşdırılmış zivələr yığışdırılır. Yasamal rayon sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, bu məqsədlə polislər tərəf...