Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq
Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə ciddi təsir göstərəcək.
BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda inşa ediləcək yeni stansiyalar bu ərazilərdə daşınmaz əmlaka tələbatın artmasına və qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sözügedən ərazilərdə yalnız qiymət artımı deyil, həm də alıcı marağında ciddi canlanma gözlənilir. Onun sözlərinə görə, metro infrastrukturu olan ərazilər həm yaşayış, həm də investisiya baxımından daha cəlbedici hesab olunur.
Qeyd edək ki, Bakı Metropolitenində 2027-ci ilə qədər inşası planlaşdırılan 10 yeni stansiyadan birində artıq tikinti işləri aparılır, digər 9 stansiya üzrə isə layihələndirmə prosesi yekunlaşıb.
Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, metronun şərti adı B4 olan stansiyasında tikinti işləri hazırda davam edir və bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, Dərnəgül deposunda da tikinti işlərinə start verildiyi bildirilib.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?
Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı ə...