Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!"

Bakı sakinlərinə qurulan ölüm tələsi - Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!
Video
Sosial 586

Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsində özbaşınalıq pik həddə çatıb. Vəziyyət o qədər gərginləşib ki, vətəndaşların rahat hərəkətləri üçün piyada səkiləri onların əlindən alınıb.

Bu barədə Biləcəri sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərindən bildiriblər. Qeyd edilir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində, həmçinin bir çox ərazilərində piyada səkiləri mağaza sahibləri tərəfindən zəbt edilir.

Beləliklə də, vətəndaşların həyatı təhlükə altına atılır.

"Uşaq arabaları, əlil arabaları ilə hərəkət etmək mümkün deyil. İnsanlar təhlükəsiz hərəkət edə bilmirlər. Məcbur olub, maşın yoluna keçirlər. Bu səbəbdən də, bir neçə dəfə piyada vurulması ilə nəticələnən qəzalar baş verib. Dəfələrlə mağaza sahiblərinə desək də, deyirlər ki, "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin". Bu barədə heç bir ölçü götürülmür", - deyə sakinlər şikayətlərində bildiriblər.

Şikayəti əks etdirən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BAKU.WS "Xəzər" TV-yə i...

204 Sosial 23:36 06 oktyabr 2026

Son xəbərlər