Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir
23
okt
2023
13:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.
BAKU.WS ADY-ə istinadən xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.
Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.
Oxşar xəbərlər
ADY: "Ağstafa və Qəbələyə bayram günlərində əlavə qatar reyslərinin sayı artırılıb"
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə bağlı artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 26, 27, 28, 29,...