Bakı polisindən vətəndaşlara MÜRACİƏT

29
avq
2019
11:38
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib.BAKU.WS xəbər verir ki, müraciətdə qeyd olunub ki, paytaxtda hərəkət iştirakçılarının - sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirilir."Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai qaydanın etibarlı qorunması hər birimizin vəzifəsidir" - BŞBPİ-dən bildirilib.
Oxşar xəbərlər
Polis Bakıda genişmiqyaslı profilaktik tədbirlər keçirir - FOTO
Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzi...
