Bakı polisində sığınacaqların mühafizəsi müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Baş Polis İdarəsində qadın, uşaq hüquqları və onların mühafizəsi, müraciətlərin çevik həlli ilə bağlı bir qrup QHT rəhbərləri ilə işgüzar görüş keçirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıya çıxan problemlər təhlil edilib, təkliflər və sığınacaqların mühafizəsi müzakirə edilib. Görüşdə risk daşıyan şəxslərin, münaqişəli ailələrin profilaktikası ilə bağlı fasiləsiz informasiya mübadiləsinin təmin edilməsi qərara alınıb.
İctimai faydalı görüşdə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov, idarənin rəis müavini, bölmə rəisi və inspektorlar iştirak edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...