Bakı polisi mağazalarda əməliyyat keçirdi - FOTO

Bakı polisi mağazalarda əməliyyat keçirdi - FOTO
Foto
Sosial 257

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına əməl etməyən satış obyektləri aşkarlanıb.

BAKU.WS xəbər verir ki, rayon icra hakimiyyəti, Binəqədi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun S.S.Axundov küçəsində “Araz”, A.Kunanbayev küçəsində “Tayqa”, “Ruslan” və adsız digər marketlərinin icarədarları və tibbi maskalardan istifadə etməyən xidmət personalı inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 8 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.

Rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Son xəbərlər