Bakı-Moskva aviareysinin sayı artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları” QSC ( AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) və əks istiqamətdə aviareyslərinin sayını artırır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hazırda bu istiqamətdə həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və bazar günləri ) aviareyslər həyata keçirilir.
Hər həftə həyata keçirilən üç reysə iyulun əvvəlindən etibarən isə daha biri əlavə olunacaq. Hazırda növbəti aviareysin tarixi ilə bağlı AZAL Rusiya tərəfi ilə danışıqlar aparır.
Xatırladaq ki, hazırda Moskva-Bakı-Moskva istiqamətində Rusiyanın bir sıra aviaşirkətləri reyslər təşkil edir. Belə ki, “Aeroflot” aviaşirkəti həftədə 5 dəfə, “Utair” isə həftədə bir dəfə aviareys təşkil edir.
Oxşar xəbərlər
AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır
“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodı - aviabilet satışına başlayır. “Azərbaycan Hava Yolları” QSC-...