Bakı metrosunda bu gün 2 yeni qatar xəttə buraxılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırılıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edəcək.
"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək", - deyə metro rəsmisi qeyd edib.
Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i yeni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.
Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakı metrosunda yeni qatarlar bu tarixdən istifadəyə verilir
Bakı metropoliteninin “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən yeni aldığı 4 qatar tərkibi sınaq yoxlamasından...