Bakı metrosunda "Apple Pay" və "Google Pay" ilə ödəniş mümkün ola bilər - RƏSMİ
Bakı metropolitenində gediş haqqının ödənilməsi üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bu barədə "Bakı Metropoliteni" QSC BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Qurumdan bildirilib ki, hazırda metropolitendə plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, təmasız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər görülür.
Məlumata görə, məqsəd yaxın gələcəkdə bank kartları, "Google Pay" və "Apple Pay" kimi ödəniş imkanlarının yaradılmasıdır.
"Müvafiq işlər başa çatdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək," – deyə qurumdan qeyd olunub.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...