Bakı metrosu sərnişinlərini sevindirəcək XƏBƏR

Bakı metrosu sərnişinlərini sevindirəcək XƏBƏR
Sosial 1597
“Bakı Metropolitenində stansiyaların sayı 76-ya çatdırılacaq”Bunu BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq.: “Bənövşeyi xəttin ikinci stansiyası 2020-ci ilin sonuna qədər istifadəyə veriləcək. Stansiyada hazırda təmir işləri davam edir. Hazırda 36.6 km uzunluğu olan Bakı metro xəttlərinin uzunluğu 119 km-ə çatıdırılacaq. Stansiyaların ümumi sayı isə 76 olacaq. Bundan başqa yaşıl və qırmızı xətlərinin də uzadılması, eyni zamanda mavi və sarı xətlərin də çəkilməsi nəzərdə tutulub. Bu plana uyğun qarşıdakı illərdə baş tutacaq. Xocasən ərazisindəki elektrik depomuz üçün də ərazi ayrılıb. Mərhələli şəkildə işlər aparılır. Bura bənövşəyi xəttin deposu olacaq. Qatarların saxlanılması və təmiri orada baş tutacaq”.Qeyd edək ki, "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.Orxan Hüseyn

Son xəbərlər