“Bakı Metropoliteni”nin işdən çıxarılan ilk xanım maşinisti: “Səbəb bu deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, G.Həbiblinin özü ilə əlaqə saxlayıb. G.Həbibli yayılan xəbəri təkzib edərək, telefondan istifadə etməsinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışmasının onun işdən çıxmağına səbəb olmadığını bildirib:
“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.
O, qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun: “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”, - açıqlaması ilə də razılaşmayıb.“Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?” - cavabını verib.
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.
Oxşar xəbərlər
Bakı metrosunun xanım maşinisti qatarı idarə edərkən telefonla danışdığı üçün işdən çıxarıldı - VİDEO
“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səb...