Bakı Metropoliteni Rusiyadan 35 yeni vaqon alır? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni vaqonların alınması ilə bağlı hər hansısa istehsalçı ilə müqavilə imzalanmayıb.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Vaqonların alınması ilə bağlı müqavilə imzalanacağı təqdirdə ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov“İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bu il Bakı metrosu üçün vaqon tədarükü ilə bağlı böyük layihəmiz var. Söhbət 35 vaqonun çatdırılmasından gedir ki, bu da çox böyük bir layihədir.
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...