"Bakı Metropoliteni"nin kommunikasiya departamentinə yeni rəis təyin olunub
Şaban Kamal oğlu İmkani "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.
BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.
2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.
2008-2020-ci illərdə "Azərfon" şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.
Oxşar xəbərlər
Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi planlaşdırılır. BAKU.WS-in məlumatına görə, bununla bağlı kompl...