Bakı merindən YENİ TAPŞIRIQLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, videomüşavirədə koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilib və konkret tapşırıqlar verilib.
Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilib ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyini əyani şəkildə nümayiş etdirir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...