Bakı-Ələt-Hacıqabul avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Ələt-Hacıqabul avtomobil yolunda təmir işlərinə start verilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 97-104-ci kilometrliyində məhdudlaşdırılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, adı çəkilən magistral yolun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
Ötən gündən başlayaraq BDYP-nin Nəvahi YPX-nin yaxınlığından Qazax istiqamətində yerləşən aralıqda asfalt yolunun qaşınması həyata keçirilir.
Həmin intervalda Bakı-Qazax istiqamətində yol tam bağlanıb. Yolun Qazax-Bakı istiqaməti hissəsində hərəkət ikitərəfli şəkildə həyata keçirilir.
Hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtoobillərin hərəkətini tənzimləyən bütün zəruri yol nişanları yerləşdirlib. Həmin intervalda sürət həddi 50 km/saata endirlib. BDYP təmir müddətində sürücüləri diqqətli olmağa çağırır.
Hərəkətin məhdudlaşdırılması yolda aparılan təmir işləri bitənədək qüvvədə olacaq.
Bakı-Ələt-Hacıqabul avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti aparılan təmir işlərindən asılı olaraq mərhələli şəkildə məhdudlaşdırılacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...