Bakı əhalisinin sayı açıqlanıb

28
may
2020
18:33
Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.
Hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.
Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...