Bakı bulvarındakı “Mirvari” gəzinti gəmisində dezinfeksiya işləri aparılıb - FOTO

Bakı bulvarındakı “Mirvari” gəzinti gəmisində dezinfeksiya işləri aparılıb - FOTO
Foto
Sosial 87

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 9-da Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

Onun sözlərinə görə, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.

Bu gün, həmçinin Dövlət Dəniz Agentliyinin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin “Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən “Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir.

Dəniz gəzintilərində tələbata uyğun olaraq əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir.

Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO

Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO

Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...

2808 Sosial 16:16 05 mart 2020

Son xəbərlər