Bakı bulvarında intihar edən şəxs müəllim olub - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhumun ailəsi hadisə ilə bağlı qafqazinfo ilə əlaqə saxlayaraq Rasim Rəhimovun intihar səbəbindən deyil, infarkt keçirərək vəfat etdiyini bildirib.
Onun həyat yoldaşı R.Rəhimovun Dənizkənarı Bulvar ərazisində olarkən qəfil infark keçirdiyini və bu zaman dənizə yıxılaraq dünyasını dəyişdiyini deyib:
"Bununla bağlı tibbi sənədlər də mövcuddur".
*** 10:11
Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında intihar edən şəxsin müəllim olduğu üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini, 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...