Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir

Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.
Bundan başqa, təmiz qaymaqdan hazırlanan kərə yağı da qıtlıq içindədir. Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir. Həmçinin hər keçən il xərclər artır.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Bununla yanaşı, iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər amillər də xərclərin artmasına səbəb olub. Yaxın vaxtlarda isə qiymətlərdə ucuzlaşma gözlənilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
Oxşar xəbərlər
Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əl...
