Bakı-Ağstafa qatarı bəzi stansiyalarda niyə dayanmır?

Bakı-Ağstafa qatarı bəzi stansiyalarda niyə dayanmır?
Sosial 141

Bakı-Ağstafa dəmiryolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar, eləcə də digər stansiya və dayanacaqlarda platformalar sürət qatarları üçün nəzərdə tutulmuş platformadan fərqli olduğu üçün qatarların bu stansiyalarda dayanması hazırda texniki olaraq mümkün deyil.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1,1 metr hündürlüyü olan sərnişin platformalarında dayanacaq etmək üçün texniki imkanı var. Bu ilin sonunda şirkətdən alınmış yeni qatarlar ölkəyə gətiriləcək. Həmin qatarlar ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayana biləcək”, - deyə məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər