Bakı-Ağstafa-Bakı marşrutundan istifadə edənlərə ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi
Qobustan rayonunun ümumtəhsil məktəblərində yeni direktor təyinatları olub. BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi...