Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
02
okt
2024
10:46
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
BAKU.WS xəbər verir ki, bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 5-də saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 6-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. BAKU.WS xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" veriliş...