Bakıdakı köhnə və yeni evlərin qiymət fərqi - VİDEO
Son 7 ildə yeni mənzillərin qiymət fərqi köhnə mənzillərlə müqayisədə 40 faizdən 18 faizə enib. Yəni qiymətləri bir-birinə yaxınlaşıb.
BAKU.WS xəbər verir ki, əmlak eskpertləri bunun səbəblərini və əmlak bazarındakı son vəziyyəti "Xəzər Xəbər”ə şərh ediblər.
Yeni tikilən binalarla köhnələrdəki evlərin qiymətləri arasındakı fərq azalır. 7 il əvvəl köhnə binalardakı mənzillərin qiyməti yeni təmirsiz mənzillərlə müqayisədə 40 faiz baha idisə, indi bu rəqəm 18.5 faizdir. Ekspertlər bildirir ki, fərqin azalmasına yeni tikililərin bahalaşması, başqa sözlə tikintinin maya dəyərinin sürətlə artması səbəb olub. Köhnə tikililərdə isə mənzillərin qiyməti yüksəlməyib.
Ancaq yeni təmirli mənzillər üçün eyni nəticəni demək olmaz. Buna səbəb isə yeni binaların çoxunda kommunal xidmətlərin səviyyəsi ürəkaçan olmadığına görə belə mənzillərə maraq az olub. Nəticədə yeni binalarda təmirli mənzillər ucuzlaşıb.
Bununla belə keyfiyyətli tikintilərdə təmirli mənzillərin qiyməti köhnə binalardakını qabaqlayıb.
Ekspertlər tikinti bazarında qiymətlər sabitləşsə belə yeni binalarda mənzillərin ucuzlaşacağını gözlənir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 10 minə kirayə ev verilir
Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (...