Bakıda ''Xruşşovka''ların alqı-satqısı dayandırıldı

03
sen
2018
15:02
Bakıda ''Xruşşovka'' tipli binalarda mənzillərin alqı-satqısı dayandırılıb.BAKU.WS xəbər verir ki, paytaxtın əksər ərazilərində bir çox 5 mərtəbəli binalarda mənzillərin alqı-satqısı ilə bağlı əməliyyatlar dayandırılıb.Bu barədə paytaxt sakinləri BAKU.WS-ə bildiriblər. Paytaxt sakini Cavid Babayev bildirib ki, Gənclik metro stansiyası yaxınlığında ''Xruşşovka''da mənzili var. O, həmin evi satmaq istəyib. Bu barədə ev alqı-satqısı ilə məşğul olan ev dəllallarına müraciət etsə də, ona köməklik edilməyib. Dəllarlar bildiriblər ki, xüsusi tapşırıq gəlib ki, ''Xruşşovka''larda evlərin satışı dayandırılır.Məsələ ilə əlaqədar bir neçə ev dəllalları ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən də, bəzi yerlərdə köhnə tikililərdə evlərin alqı-satqısı dayanıb.Bildirilir ki, evlərin alqı-satqısı ''Xruşşovka'' tipli binalaırn söküləcəyilə bağlı planlaşdırma ilə bağlıdır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda günlük kirayə evlərin inanılmaz qiyməti - 500 manata 1 gün (VİDEO)
Bakıda günlük kirayə evlərə tələbat artıb.Bu, son vaxtlar turist axınının çox olması ilə əlaqədardır.Rieltorlar deyirlər ki, turist axını gündəlik kirayə bazarı...
