Bakıda polislərdən nümunəvi addım (FOTO)
22
iyn
2018
09:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib. Hadisə Nərimanov rayonu ərazisində baş verib.BAKU.WS-in məlumatına görə, yaşlı qadın Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindən burnundan qan gəlib.Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Əlahiddə Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər. Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığını mobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər.BAKU.WS

Oxşar xəbərlər
Yol polisi aşan maşındakı iki yaralı uşağı xilas etdi (VİDEO)
Mayın 11-də Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza baş verərkən avtomobillərdən birində iki azyaşlı uşaq ol...