Bakıda ən çox maaş alan işçilər – 2500 manat

Bakıda ən çox maaş alan işçilər – 2500 manat
Sosial 2037

Bakıda ən yüksək orta aylıq maaş mədənçıxarma sənayesindədir və ötən ilin yekunlarına görə bu rəqəm 2 min 540 manat təşkil edib.

BAKU.WS Oxu.az-a istinadən məlumatına görə, bu barədə Bakı şəhəri Statistika İdarəsindən bildiriblər.

Məlumata görə, paytaxtda ən aşağı maaş isə  əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsindədir və 240 manat təşkil edir.

Ümumilikdə ötən ilin yekunları üzrə paytaxtda 39 min 365 yeni iş yeri açılıb, bunlardan 36 min 765-i daimi olub.

2015-ci ildə Bakıda rəsmi qeydə alınmış işsizlərin sayı isə 12 min 113 nəfərə çatıb.

Paytaxtda 684 min işçinin 114 mini topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 92 min nəfəri təhsil, 62 min nəfəri isə tikinti sahəsində çalışıb, qalanları digər sahələr üzrə bölünür.

Ən yüksək orta aylıq maaşın olduğu mədənçıxarma sənayesində isə 27 min 111 nəfər paytaxt sakini işləyir.

Aylıq orta maaşın 240 manat olduğu əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların sayı 54 min nəfərə yaxındır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər