Bakıda bu ünvanda köhnə binalar plana düşdü - söküntü başladı
08
fev
2018
16:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb.BAKU.WS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Sputnik Azərbaycan"-a açıqlamasında faktı təsdiqləyib.Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: "1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək".BAKU.WS
Oxşar xəbərlər
Bakı vağzalında işıqlar qəfildən söndü - SƏBƏB PARTLAYIŞ
Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.BAKU.WS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"...