Bakı-Sumqayıt yolunda vəziyyət nə yerdədir?
30
iyn
2018
11:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda təmir başa çatsa da, avtomobillərin hərəkəti yenə də normal deyil.BAKU.WS xəbər verir ki, bu barədə tanınmış nəqliyyat eksperti Ərşad Hüseynov “Facebook” səhifəsində yazıb.“Məlumatınız olsun ki, səhər tezdən Bakı-Sumqayıt yolundakı məhdudiyyət nisbətən aradan qaldırılıb. Moskva prospektindəki tuneldə və avtovağzal qarşısında hərəkət bərpa olunub. Amma hərəkət əvvəlki kimi sərbəst deyil, çünki dəmiryolunun üstündəki körpü ilə Xırdalan postu arasında işlər davam edir”, - deyə ekspert bildirib.Ə.Hüseynov deyir ki, bu hissədə təklif edildiyi kimi yolu uzununa 2 hissəyə bölərək işləyirlər:“Ona görə də orada cəmi 2 zolaqda hərəkət var. Sözsüz ki, həmin 2 zolaq yolun tam yükünü götürə bilməz. Ona görə də hələlik maksimum dərəcədə çalışın ki, oralarda ilişib qalmayasınız”.BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolu və son günlər yaşananlar ...
Son günlər Bakı-Sumqayıt yolunda tikinti-təmir işləri aparılır. Bu səbəbdən yolda tıxac yaranıb. Bu səbəbdən böyük narazılıq yaranıb. Bununla bağlı “Azərbaycan...