Bakı metropolitenində yeni qatar (FOTO)

Bakı metropolitenində yeni qatar (FOTO)
Sosial 882

"Bakı Metropoliteni”ndə yeni təsərrüfat qatarı istismara verilib.

 

BAKU.WS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təsərrüfat qatarı Rusiyanın Udmurtiya Respublikasının Kambarka şəhərində yerləşən "Kambarsk maşınqayırma zavodu" MMC-nin istehsalıdır.

MTK-1-038 markalı dartı modullu yeni motovozun gücü, manevr qabiliyyəti rəvan hərəkətə şərait yaradır. Bu mənada sürət qutusunun avtomatlaşdırılması az rol oynamır. Səs-küyün azalması, ekoloji cəhətdən daha səmərəli olması onun xüsusi üstünlükləridir. Müasir güc qurğularının qoyulması dəmir yol nəqliyyatı üçün nəzərdə tutulmuş «Avro-3» və «Avro-4» standartlarına tam cavab verir.

Maşinist idarəetməsi tam kompüterləşdirilib. Bu, təkcə hərəkətdə olan maşını idarə etmək üçün deyil, həm də onun vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətli yenilikdir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt qatarı ilə bağlı əhaliyə müraciət edildi

Bakı-Sumqayıt qatarı ilə bağlı əhaliyə müraciət edildi

"Azərbaycan Dəmir Yolları" QSC piyadalara müraciət edib. "Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən xəbərə görə, Bakı-Sumqayıt marşrut xətti üzrə sə...

1331 Sosial 13:10 08 oktyabr 2015

Son xəbərlər