Bahar Muradova Faiq Ağayevə tərif yağdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xalq artisti Faiq Ağayev barədə fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, sənətçi haqda yazan AQUPDK-nın sədri onun düşüncə dünyasını bəyəndiyini açıqlayıb:
"1 Aztv"yə baxıram, verilişin qonağı Faiq Ağayevdir. Bunu hər zaman düşünmüşəm, amma indi söyləmək istəyirəm. Mənə görə Xalq artistimizin düşüncə dünyası musiqi aləmi ilə həmahəng və eyni qaydada zəngindir.
Ruh halı, mükəmməl həyat fəlsəfəsi və möhkəm iradəyə söykənən daxili məni və istənilən mövzu ətrafında özünü büruzə verən vətəndaş məsuliyyəti ilə hər zaman diqqətimi çəkən hörmətli Faiq Ağayevə davamlı yaradıcılıq uğurları arzulayıram! Xədicə xanımın timsalında doğma AZtv-yə gözəl verilişə görə təşəkkür edirəm!".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...