Baba Mikayılovun bacısı: “Daha anamın da gözü yollardan yığıldı” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılovla Şamaxının Göylər kəndində yaşadığı evdə vida mərasimi keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin qardaşları İlham və Cəlal Mikayılovlar jurnalistlərə açıqlamalarında bildiriblər ki, 31 il Babanın yolunu gözləyiblər:
“Bizə xəbər verdilər ki, qardaşımızın qalıqları tapılıb. Çox sevindik. Çünki 31 ildə anamın gözünün yaşı qurumurdu. Hər gün qapı açılanda “Gör, gələn Babadır”, - deyirdi. Prezident İlham Əliyevə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin”.B.Mikayılovun bacısı Sənayə İbrahimova deyib ki, qardaşı döyüşlərə könüllü gedib və orada yaralanıb:
“Yalvardıq ki, getmə. Dedi ki, orada anam-bacım da var və gedəcəyəm. Qardaşım gedəndə dedi ki, mənim oradan meyitim gələcək. Elə o gedən getdi (ağlayırlar). İndiyə kimi, gözümüz yolda idi. Nə yaxşı ki, qardaşım artıq bizimlə eyni torpağındadır. Daha anamın da gözü yollardan yığıldı”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...